Qüdrət Həsənquliyev: ?YAP-ın bələdiyyələrlə bağlı təklif etdiyi qanun layihəsi müsbət nəticə verməyəcək?

img

29-05-2009 [12:43]


Bu gün Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ?Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında? qanun layihəsini müzakirəyə çıxarılacaq. Qeyd edək ki, təqdim olunan layihədə bələdiyyələrin sayının azaldılması nəzərdə tutulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin dəyişikliklərin müsbət nəticə verməyəcəyini bildirib: ?Bələdiyyələrin sayını azaltmaqla nəyəsə nail olmaq mümkün deyil, bununla problemi həll etmək olmaz. Problemin həllinin yolu bələdiyyələrin səlahiyyətlərinin artırılmasıdır. Yaxşı olardı ki, Yeni Azərbaycan Partiyası bələdiyyələrin səlahiyyətinin artırılması ilə bağlı qanun layihəsi təklif irəli sürəydi. Eyni zamanda bələdiyyələri icra strukturlarının asılılığından xilas edən qanun layihəsi irəli sürülməlidir. Belə bir addım atılacaqsa, doğrudan da bələdiyyələr biş iş görə biləcəklər. Yoxsa səlahiyyətsiz bir qurum müsbət nəsə bir iş görə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA