Əli Mirəliyev Səməd Səmədovu solo-konsert vermək məcburiyyətində qoydu

img

28-05-2009 [03:08]


Əməkdar artist Səməd Səmədov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Müğəninin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sözügedən konsert üzümüzə gələn mövsümdə baş tutacaq. Səməd Səmədov bu layihəninin gündəmə gəlməsinə görə, həmkarı Əli Mirləyevə öz minnətdarlığını bildirir: ?Həmkarım Əli Mirəliyevə ?çox sağ ol? deyirəm. Açığını deyim ki, o, məni tənqid etməsəydi, konsert vermək fikrinə düşməzdim. Dostum neçə vaxtdır ki, düşüb üstümə, harda gəldi məni tənqid edir. Deyir ki, Səməd Səmədov vaxtiylə mənim ansamblımda ionika daşıyan olub. O, düz deyir. Mən həqiqətən də onun ansamblında və çıxış etdiyi toylarda ionika daşımışam. Odur ki, özümü təsdiq etməyin vaxtıdır?. Hazırda sözügedən konsert proqramı üzərində məşqlərə başlayan müğənni tamaşaçılara mükəmməl bir gecə yaşadacağını vəd edir. Müğənni onu da bildirib ki, konsertin biletləri ancaq kassada satılacaq. S.Səmədovun sözlərinə görə, onun hesabat konsertinə dəvət edəcəyi sənət adamlar arasanda Əli Mirəliyev də olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA