Gənclər Respublika günü münasibəti ilə Bakıda aksiya keçirir

img

28-05-2009 [02:11]


Bu gün Bakıda Azərbaycan Xalq Cümhüriyyətinin qurulmasının 91 illiyi- Respublika günü münasibəti ilə gənclər aksiya keçirir. "Dalğa" və "Ol" Gənclər Hərəkatlarının üzvləri üzərinə "A", "D" və "R" hərfləri yazılmış ayrı-ayrı köynəklərdə üçlük şəklində paytaxtın müxtəlif yerlərində dinc aksiyaya - yürüşə çıxıblar. "Dalğa"çılardan birinin mia.az verdiyi məlumata görə, rolis gənclərin aksiyasına müdaxilə edib. Belə ki, 9-cu bölmənin əməkdaşları Qoşa Qala qapısının yanında 6, İqtisad Universitetinin qarşısında isə 3 nəfəri saxlayaraq, bölməyə aparıblar. Burada gənclərə xəbərdarlıq edilib, adları və ünvanları götürülərək, sərbəst buraxılıblar. Verilən məlumata görə, aksiya günün sonuna qədəd davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA