Sevda Ələkbərzadə Avropada bir neçə konsert verib

img

26-05-2009 [06:05]


Əməkdar artist Sevda Ələkbərzadə mətbuat nümayəndələrini başına toplayaraq, son yaradıcılıq işləri barədə məlumat verdi. Məlum oldu ki, Almaniyanın ?Network Medien? şirkəti ilə bağlanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində 2009-cu ilin aprel ayında müğənninin ?Sevdalı dünya? (Worlds of Love) albomu işıq üzü görüb. SD-nin təqdimetmə mərasimi aprelin 21-də Frankfurt şəhərində keçirilib. Mərasimdə beynəlxalq mətbuat, radio və televiziya nümayəndələri iştirak edib. Albomda ilk dəfə olaraq fortepianonun müşayiəti ilə ?Bayatı Şiraz? və yeni aranjemanda ?Bayatı kürd? muğamları, S.Rüstəmovun ?Getmə-getmə?, C.Cahangirovun ?Bana-bana gəl?, xalq mahnısı ?Elə demə? daxil olmaqla, ümumilikdə 11 kompozisiya yer alıb. Buraya ?Natiq? ritm qrupunun müşayiəti ilə ?Sarı gəlin? və ?Qobustan? kompozisiyaları, o cümlədən Aşıq Veysəlin ?Gündüz-gecə? türk mahnısı da daxil edilib.Yeni disk bundan öncə də Almaniyada buraxılan ?Gül açdı? SD-si ilə bərabər Avropanın və dünyanın bir çox ölkələrində satışa çıxarılıb. Müğənni iyunun 9-da ?Sevdalı dünya? albomunun Azərbaycanda da təqdimatını nəzərdə tutub. Yeni albom işıq üzü görəndən sonra Sevda Ələkbərzadə Almaniyanın Frankfurt, Belfild və Frayberq şəhərlərində konsert proqramı ilə çıxış edib. Bu konsertlərlə bağlı Almaniya mətbuatında müsbət rəylər dərc olunub. Avropa turnesindən sonra Sevda xanım Türkiyəyə dəvət alıb və TRT kanalında saat yarımlıq proqramla çıxış edib. Sevda Ələkbərzadə bəzi azərbaycanlı həmkarlarının onun milli mahnılara yeni rəng qatmasına qarşı çıxmaları ilə bağlı məsələyə də rəy bildirdi: ?Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma dünyanın heç bir yerində belə absurd ittihamlar yoxdur. Mən xanəndə deyiləm ki, tar, kamança və qavalla oxuyum. Mənim musiqi üslubum etno-cazdır ki, burada da müəyyən sintezin olması vacib şərtdir. Baxın, Bethovenin əsərlərini 100 cür üslubda oxuyurlar, amma buna irad bildirilmir. Çünki sənət aləmində yaradıcılıq axtarışı, yaradıcılıq yeniliyi normal haldır. Məncə, əsas olanı musiqimizin yüksək səviyyədə təbliğ olunması və onun qərb dinləyiciləri tərəfindən qəbul olunmasıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA