Muğam Teatrı tamazaçılara ?7 muğam, 7 rəng? adlı kampazisiya təqdim edəcək

img

26-05-2009 [04:27]


Bu gün Heydər Əliyev Sarayında Muğam Teatrının 20 illik yubiley mərasimi keçiriləcək. Müstəqil İnformasiya Agentliyinə yubiley barədə açıqlama verən teatrın direktoru Arif Qazıyevin sözlərinə görə, gecə çox rəngarəng olacaq. ?Nəhayət ki, bizə bu gün nəsib oldu. Gecədə çox tanınmış sənət adamları - Naspəri Dostəliyeva, Röya, Lalə Məmmədova, Ədalət, Faiq Ağayev, Elnur, İlqar Muradov, meyxanaçı Vüqar Əbdülov, ?Şeron? qrupu, ?Pontomin Teatrı?, ?Cəngi? rəqs ansamblı və başqaları çıxış edəcək? deyən Arif Qazıyevin sözlərinə görə, əsl sürpriz Muğam Teatrının öz tamaşasında olacaq. 20 illik yubileyə əlidolu gedən Muğam Teatrının yaradıcı kollektivi tamaşaçılara ?7 muğam, 7 rəng? adlı kampazisiya təqdim edəcək. Kampazisiyada sözügedən teatrın solistlərindən Zeynəb Behbudova, Vəsilə İbrahimova, Bəyimxanım Mirzəyeva, Elza Qaybəliyeva, Babək Niftəliyev, Ehtiram Hüseynov, Əsgər Əhmədov, Vüsal Zamanov və teatrın rəqs qruppu gözəl bir tamaşa ilə çıxış edəcək. Aktyorlardan Həlimət Məmmədova və Hidayət Nəzərovun şeirləri ilə gecəyə rəngarənglik qatacaq?. Qeyd edək ki, gecədə muğamlardan parçalar səslənəcək. Teatrın direktoru onu da bildirib ki, gecəyə bütün nazirliklər, millət vəkilləri və siyasi xadimlərin əksəriyyəti dəvət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA