YAP-çı deputat Minsk Qrupunun həmsədrlərini tənqid edib

img

22-05-2009 [04:13]


Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin bugünkü iclasında ATƏT-in Minsk qrupunun fəaliyyətini qeyri qənaətbəxş hesab etdiyini deyib. O, konkret olaraq Fransanı təmsil edən nümayəndənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Türkiyə Ermənistan sərhədlərinin açılması ilə heç bir əlaqəsinin olmadığını söyləməsinə etiraz edib. Deputat deyib ki, Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yardımçı olacaq istənilən təşəbbüsə dəstək verməlidir: ?Bəzi hallarda həmsədrlərin məntiqə sığmayan bəyanatlarının şahidi oluruq. Hazırda bu proses davam edir. Fransalı həmsədr Bernar Fasye bugünlərdə Ankarada deyib ki, Türkiyə-Ermənistan sərhədinin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir aidiyyəti yoxdur və bu məsələlər bir-birinə bağlanmamalıdır. Azərbaycan cəmiyyəti, başda prezident olmaqla, dəfələrlə deyib ki, bu məsələlər bir-biri ilə bilavasitə bağlıdır. Bu, Azərbaycanın mövqeyidir, belə mövqeyə qarşı çıxmaq vasitəçilik missiyasına sığmayan hərəkətdir. Milli Məclisin deputatları, parlamentdə təmsil olunan partiyalar həmsədrləri nizamlanma prosesinə ziyan vuran hərəkətlərdən əl çəkməyə çağırmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA