Uluslararası 2-ci rəqs müsabiqəsində Azərbaycanı Şəhriyar Cəfərov təmsil edəcək

img

22-05-2009 [02:02]


Mayın 27?də Türkiyədə Uluslararası ikinci rəqs müsabiqəsi keçiriləcək. Antaliyada baş tutacaq bu müsabiqədə Azərbaycanı tanınmış rəqqas Şəhriyar Cəfərov təmsil edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə rəqqasın özü məlumat verib: ?Bu yarışma barədə İnternet vasitəsiylə xəbər tutdum. Onlarla əlaqə yaradıb müsabiqədə çıxış etmək istəyimi bildirdim. Onlar da təklifimi qəbul etdi. Məndə olan məlumata görə, bu müsabiqə iki hissədən ibarətdir. Müsabiqədə həm folklor, həm də modern rəqslər nümayiş olunacaq. Mən isə Azərbaycanı həmin yarışmada modern rəqslə təmsil edəcəm. ?İlan? rəqsi var - onu hazırlamışam. İnanıram ki, bu rəqslə müsabiqədə yer tutacam?. Ş.Cəfərov onu da bildrdi ki, müsabiqədə yer tutmasa bu onu ruhdan salmayacaq. Əsas odur ki, orada çıxış edəcək 40-dan yuxarı ölkənin arasında Azərbaycan da olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA