Meriya Müsavat Gənclər Təzkilatının DiN-in binası qarzısında aksiya keçirməsinə icazə verməyib

img

22-05-2009 [01:56]


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının mayın 23-nə təyin etdiyi aksiyanın keçirilməsinə razılıq verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib. T.Abbaslının sözlərinə görə, BŞİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsindən bildirilib ki, aksiyanın Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında keçirməsi məqsədəuyğun deyil: ?Əsas kimi göstərirlər ki, Nazirlər Kabinetinin qərarı var və həmin qərara görə, dövlət əhəmiyyətli binaların yaxınlığında aksiyaların keçirilməsi qadağandır. Daxili İşlər Nazirliyinin binası isə həmin binaların siyahısındadır?. İcazəsiz aksiyanın keçirilib-keçirilməyəcəyinə gəlincə, təşkilat sədri bu barədə qəti söz deyə bilməyəcəyini vurğulayıb: ?Bildiyiniz kimi, son dövrlər gənclərə qarşı təzyiqlər artıb. Bu səbəbdən də icazəsi aksiyaların keçirilməsi məsələsində bir qədər düşünürük. Hər halda partiya rəhbərliyi ilə müzakirə aparacağıq. Müzakirədə hansı qərar veriləcəksə, onu uyğun addım atacağıq?. Xatırladaq ki, Müsavat Gənclər Təşkilatı polislərin son vaxtlar gənclərə qarşı münasibəti, xüsusilə müsavatçı gənclərə qarşı edilən zorakılıq və təqiblərin dayandırılması tələbi ilə DİN-in binası qarşısında aksiya keçirmək istəyirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA