Tahir Əkbər: ?Elza xanımın mahnılarının böyük əksəriyyətini cəmiyyət qəbul etmir?

img

21-05-2009 [03:39]


Xalq artisti, bəstəkar Tahir Əkbər bəstəkar-müğənni Elza Seyidcahanın heyvanlar üçün verəcəyi konsert layihəsi barədə Müstəqil İnformasiya Agentliyinə müsabihə verib. [b]- Elza Seyidcahının heyanlar üçün keçirəcəyi konsert layihəsinə münasibətiniz necədir?[/b] - Elza xanım maraqlı sənətçidir. Amma bu konsertin təşkil olunmasında başqa məqamlar da var. [b]- Hansı məqamları nəzərdə tutursunuz?[/b] - Elza xanımı bu işə çox şey sövq edə bilər. Düzdür, bizim cəmiyyət bu günə kimi heyvanlar üçün nə konsert verib, nə də bu barədə reklam kampaniyasını işə salıb. Odur ki, cəmiyyət gizli məqamları axtarıb tapmadan Elza xanımı sadəcə, qınamaqla kifayətlənir. Neyləsin, evdə bişməyib, qonşudan gəlməyib. Heyanlar aləmi dedikdə biz onu yaxşı mənada qəbul etməliyik. Təəssüflər olsun ki, bizdə heyanlara qarşı heç bir istək yoxdur. Hamımızda bir düşüncə var ?heyandır, mütləq tövlədə yaşamalıdı. Elza xanımın bu layihəsində bir məqsəd var. [b]- Sizcə, həmin məqsəd nədir?[/b] - Bu, bir etiraz dalğasıdır. Bəli, Elza xanım cəmiyyətə etiraz edir. Amma kimə və nəyə görə? Öncə musiqişünaslar bunu aydınlaşdırmalıdır. Axı bu müğənni birdən-birə niyə tamaşaçılarından heyanlara keçid etdi? Yoxsa bu xanım axtardığını tamaşaçı məhəbbətində tapa bilmədi? [b]- Yəni demək istəyirsiniz ki, tamaşaçılar Elza xanımdan üz döndərib?[/b] - İndi elə bir dövrə gəlib çatmışıq ki, sənət yaddan çıxıb. Əsl sənət başa düşülmür. Müğənninin oxuduğunu, bəstəkarın yazdığını bəzi insanlar anlaya bilmir. Hardasa, zövqlər korlanır. Sənət meyarları itib-batıb. Yəqin ki, o da bunları götür-qoy edib, düşünüb və sonda belə bir addım atmaq qərarına gəlib. Əgər bir cəmiyyətdə ki, səni olduğun kimi qəbul etmirlərsə, musiqilərini başa düşmürlərsə, o halda hansı addım atılmalıdır? Təbii ki, heyanlara müraciət etməlisən. [b]- Elza xanım deyir ki, heyanlar üçün veriləcək konsertdə bir neçə tanınmış bəstəkarların mahnıları səslənəcək. Tanınmış bəstəkar kimi bu, Sizi narahat etmir ki?[/b] - Əlbəttə ki, edir. Niyə də etməsin? Görəsən, Elza xanım heyanlar üçün verəcəyi konsertdə mənim mahnılarım yer almayıb. [b]- Həmin konsertdə mahnılarınız səslənsə, etiraz səsinizi qaldıracaqsınız?[/b] - Hər halda mənim mahnılarımın orada oxunub-oxunmayacağını əvvəlcədən bilmirik. Amma bir həqiqət var, mənim musiqilərim kimlərinsə əlində hər cür silaha çevrilə bilər. Kimisi onu repertuarına salmaqla, insanların zövqünü oxşayar, kimisi də o mahnıların sədaları altında məzələnər. Amma bir məntiq var. Biz bəstəkarlar o əsərləri yazanda heyanları deyil, insanları nəzərdə tütmüşüq. Onların duyğularını nəzərə almışıq. Xüsusən də mən bütün mahnılarımı, əsərlərimi bu cəmiyyətin insanları üçün yazmışam. Əsas odur ki, o musiqilərlə insanların qəlbinə, bir sözlə, ?sarı siminə? toxunasan, onları oxşayasan, gözəl bir mənəvi aləmə apara biləsən. Bizdə belə bir məsəl var-bəzi heyvanlar insanlardan daha duyğuludu. Təəssüflər olsun ki, burda həqiqət var. Elə insanlar var ki, nə musiqini başa düşür, nə də hər hansı bir mövqeyi var. Məncə, belə insanlar heyvan kimidir. Yəqin ki, nə vaxtsa, Elza xanım belə insanlarla qarşılaşıb və bu addımı atıb. Hər halda mənim və musiqişünasların mövqeyi Elza xanım üçün maraqlı deyil. [b]- Bəlkə bu da gündəmdə qalmaq üçün bir reklam kampaniyasıdır?[/b] - Tamamiylə düzdür. Bu böyük bir kommersiya mənbəyi də ola bilər. Elza xanımın uşaq kimi ürəyi var. Mənə elə gəlir ki, kimlərsə bundan istifadə edir. Şou yaradıb, yaxşı gəlir əldə edə bilər. Bu konsertdən həqiqətən də çoxlu pul əldə edəcəklər. [b]- Sözlərinizdən belə çıxır ki, bəzi insanlar Elza Seyidcahanın musiqilərini başa düşmədiyi üçün o, bu konserti planlaşdırmaqla etiraz səsini qaldırır?[/b] - Konsertin layihəsinin əsasında etiraz dalğası mövcuddur. Yəni o, nə qədər desə ki, burda etiraz dalğası yoxdur, yalandır. Bu, mütləq var. O, öz musiqilərini nümayiş etdirir. Onun repertuarında gözəl mahnılar var. Mahnıların yazılış üslubuna görə bəstəkar iki yerə bölünür. Biri var kökü nəzərə alasan, biri də var, sadəcə, öz dünyanı qələmə alasan. Öz dünyasını qədəmə alanlar heç nə haqda düşünmürlər. Fikirləşmirlər ki, bu mahnıları başa düşənlər olacaqmı. Mahnı yazanda tamaşaçıları mütləq nəzərə almaq lazımdır. Elza xanımın mahnıları arasında Gülağa Tənhanın sözlərinə aid olan ?Tənha? mahnısı var ki, dillər əzbəridir. Ümumi götürdükdə isə Elza xanımın musiqiləri asan janr deyil. O, bütün mahnılarında daxili aləmini büruzə verir. Elə bu heyanlar üçün vercəyi konsertdə də o, məhz heyanlara olan sevgisini ortaya qoyur. Elza xanımın musiqilərində bir şey var. O, həmişə özü yazır, özü də oxuyur. Mən bununla razı deyiləm. Bəstəkar öz əsərinə kənardan qulaq asmalıdır. O zaman musiqiyə qiymət vermək asanlaşır. Amma bir həqiqət var - bu gün Elza xanımın mahnılarının böyük əksəriyyətini cəmiyyət qəbul etmir. Əslində isə onun yaradıcılığına mahnı demək düzgün deyil. O, kompazisiyalar toplusudur. Hərəsində bir məna, bir səhnəcik var. Tamaşaçının isə onu qavramaq savadı yetərincə deyil. Bəzən deyirlər ki, heyanlar da bizi müşahidə edir. Elə insan var ki, heyan ondan qat-qat yaxşıdır. Kimin daha çox ağıllı olmasını isə bilmirik. Hər halda, bir həqiqət var - heyanlar insanlara nisbətən daha səmimidir. Onlar heç vaxt yalan danışmır. Düzdür, bunları da qavramaq üçün dərrakə lazımdır. Heyvanda isə bu dərrakə yoxdur. Bəlkə də Elza xanımı heyanlara tərəf çəkən onların səmimiyyətidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA