Aydın Mirzəzadə: ?Müxalifət qətiyyən narahat olmasın, Seçki Məcəlləsi dəyizdirilməyəcək?

img

21-05-2009 [01:51]


[b]?Hakimiyyətin müxalifətin fəaliyyətini məhdudlaşdırmağa ehtiyacı yoxdur. Çünki hakimiyyətdə olan qüvvələr hakimiyyəti demokratik seçki nəticəsində qazanıblar. YAP-ın sosial bazası güclüdür, hakimiyyətin gördüyü işlər onun tərəfdarlarının günü-gündən artmasına səbəb olur. Yəni bizim halal səslərimiz kifayət edir?.[/b] Bu sözləri Müstəqil İnformasia Agentliyinə (mia.az) Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. Qeyd edək ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ?Yeni Müsavat? qəzetinə açıqlamasında hakimiyyətin 2010-cu il parlament seçkiləri ərəfəsində Seçki Məcəlləsinə dəyişiliklər etmək və müxalifətin təbliğat imkanlarını məhdudlaşdırmaq niyyətində olduduğunu bildirib. A.Mirzəzadə isə mia.az-a deyib ki, hakimiyyətin belə bir addım atmasına ehtiyac yoxdur: ?YAP heç vaxt saxtakarlığa meylli olmayıb. Sadəcə opponentlərimiz qarşıdan gələn seçkidə müəyyən piar kampaniyası aparmaq qərarına gəliblər, çünki başqa yolla özlərinin mövcudluğunu cəmiyyətin yadına sala bilmirlər. Arif Hacılının təmsil etdiyi Müsavat və digər partiyalara ortaya hansı proqrammı qoyublar? Gəncləşmə yox, yeniləşmə yox. Bu baxımdan da hesab edirəm ki, ortaya həqiqətə uyğun olmayan şayiələr atmağa çalışırlar?. 2010-cu il parlament seçkiləri ərəfəsində təbliğat kampaniyasının müddətinin azaldılmasına gəlincə, YAP-çı deputat seçkiyə hazırlığın ancaq təbliğat dövründə həyata keçirilməsinin düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, siyasi partiya il boyu cəmiyyətlə işləməli, tərəfdarlarını artırmalıdır, seçkiqabağı kampaniya dövrü isə həmin müddətə qədər qazandıqlarını möhkəmlətməlidir: ?Mən istərdim ki, müxalifət qanun çərçivəsində təbliğatını indidən aparsın. İndidən hakimiyyətdən nə ilə fərqləndiyini, hansı işləri daha yaxşı görə biləcəyini cəmiyyətə çatdırsın. Digər tərəfdən müxalifət qətiyyən narahat olmasın, Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydalar dəyişdirilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA