Politoloq Rasim Ağayev: ?Akademiyada törədilən cinayətdə erməni izini açıq-azkar sezmək mümkündür?

img

20-05-2009 [06:37]


?Ölkədəki qeyri-müəyyənliyin davam etməsinə səbəb hakimiyyətin yürütdüyü səhv siyasətdir. General Rail Razayevin qətlə yetirilməsinin üstündən üç aydan çox vaxt keçir. Amma hələ də generalın qatili həbs olunmayıb. Hüquq-mühafizə orqanları Neft Akademiyasında 12 nəfəri güllələyən Fərda Qədirovla bağlı əllərində olan informasiyaların bir qismini gizli saxlayır. Cinayətin motivi ictimaiyyətə açıqlanmadığı üçün ölkədə terror xofu davam edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politolq Rasim Ağayev deyib. R.Ağayev Bakıda terror aktlarının törədiləcəyilə bağlı hüquq-mühafizə orqanlarına edilən anonim zənglərin arxasında mövcud hakimiyyətin siyasətindən narazı olan qüvvələrin dayandığını da bildirib: ?Amma mən həmin qüvvələrin ayrı-ayrı hakimiyyətdaxili qruplaşmalara, yoxsa siyasi müxalifətə yaxın olduğunu dəqiq bilmirəm. Ancaq tam əminəm ki, anonim zənglərin müəllifləri ölkədə xof yaratmaqla iqtidarın nüfüzüna zərbə vurmaq istəyirlər. Onlar ümid edirlər ki, bu yolla hakimiyyətin dayaqlarını sarsıda bilərlər?. Politoloq aprelin 30-da ADNA-da törədilən terrorda Rusiya xüsusi xidmət orqanlarının izini axtarmağın doğru olmadığını da deyib. Onun sözlərinə görə, bu iddianı sübut etmək üçün Azərbaycan tərəfin əlində heç bir dəlil yoxdur: ?Akademiyada törədilən cinayətdə erməni izini açıq-aşkar sezmək mümkündür. Amma mənə Azərbaycanın hüquq-mühafizə orqanlarının Ermənistana qarşı rəsmi ittiham irəli sürməməsinin səbəbi hələ də məlum deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA