MMP radikal müxalifət mövqeyinə keçir

img

20-05-2009 [04:31]


Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətində partiyanın proqramında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. Bunun üçün Təşkilat Komitəsi də yaradılıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə MMP sədri Hafiz Hacıyev verib: ?Proqramda dəyişikliklər ondan ibarətdir ki, Azərbaycanda sosial-iqtisadi sahədə irəliləyişlər əldə etmək, Qarabağ məsələsinin həllində qarşıya konkret məqsəd qoymaq, ölkədə demokratiyanın inkişaf etdirilməsindən ötrü loyal mövqedən daha radikal mövqeyə keçmək lazımdır. Düşünürəm ki, Siyasi Şuranın üzvləri proqramı qəbul etsələr, radikal müxalifət partiyası kimi mövqeyimizi ortaya qoyacağıq. Partiya üzvləri arasında belə fikir formalaşıb ki, MMP iki prezident seçkilərində iştirak etdi, lakin irəli sürdüyümüz təkliflər dövlət tərəfindən yerinə yetirilmədi. Deyirlər ki, televiziyada çıxışlarınız zamanı korrupsiya ilə məşğul olan məmurların adlarını çəkdiniz, amma onlar bu gün də vəzifədə oturublar, hər an qanunu pozurlar. Ona görə də bizdən qəti şəkildə tələb edirlər ki, radikal mövqe seçək?. H.Hacıyev Qarabağ məsələsi ilə bağlı hakimiyyətin tutduğu mövqeyin də narahatlıq yaratdığını vurğulayıb: ?Qarabağla bağlı partiyada ciddi təhlillər var. Bu məsələdə hakimiyyətin Qarabağı alver predmetinə çevirməsinə etiraz edirlər. Deyirlər ki, nə qədər danışıqlar aparmaq olar, artıq ciddi addımlar atılmalıdır. Bax, bu məsələlər partiyanın yeni proqramında öz əksini tapacaq. Əminəm ki, bu proqramm qəbul edilsə, Azərbaycanın ictimai-siyasi həyatanda böyük bir dəyişikliyin şahidi olacaqsınız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA