Fuad Muradov: ?Ali məktəblərdə müzahidə kameraları qurazdırılsın?

img

19-05-2009 [07:25]


?Azərbaycanda narkotiklərə aludəçilik genişlənməkdədir. Ancaq vəziyyət o qədər də təhlükəli deyil?. Bu fikirlər bu gün Avropa İttifaqının Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SCAD) 5-ci mərhələsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi layihə çərçivəsində təşkil olunan tədbirdə səslənib. SCAD proqramının rəhbəri Məzahir Əfəndiyev bildirib ki, bu gün Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkotiklərdən istifadəyə qarşı dövlət səviyyəsində ciddi addımlar atılır. Lakin bunun qarşısını almaq tamamilə mümkün deyil. Buna baxmayaraq, görülən tədbirlər davam etdirilməlidir. M.Əfəndiyevin sözlərinə görə, bu cür neqativ halların qarşısını almaq üçün cəmiyyətin özündə də bir mübarizə üsulu olmalıdır: ?Azərbaycanda narkotiklərlə mübarizəyə qarşı dövlət səviyyəsində tədbirlər 1996-cı ildə mərhum Prezident Heydər Əliyevin imzaladığı sərəncamla başlanılıb. Həmin dövrdən indiyədək narkotiklərə qarşı mübarizə komleks şəkildə aparılıb. Bunun nəticəsidir Azərbaycanda bu sahədə vəziyyət qonşu ölkələrdə olduğu kimi, o qədər də ağır deyil?. Məzahir Əfəndiyev bildirdi ki, bu gün Azərbaycanda 22 minədək narkotik istifadəçisi Səhiyyə Nazirliyində rəsmən qeydə alınıb. Amma qeyri-rəsmi rəqəm daha çoxdur. Bununla yanaşı, hər iki narkotiklərlə bağlı 4 mindən artıq insan məsuliyyətə cəlb olunur və müxtəlif cəzalar alırlar. Görülən bütün tədbirlərə baxmayaraq, narkotiklərin qununsuz dövriyyəsi və istifadəsi ilə məşğul olanların sayı durmadan artır. Hər il narkotik aludəçilərinin sayı 800-900 nəfər artır: ?Amma biz düşünürük ki, bu, hələ normadan artıq deyil. Buna baxmayaraq, acınacaqlı haldır ki, narkotiklərə meyillilik gənclər arasında daha geniş yayılır. 4-5 il öncə narkotik aludəçiləri daha 25-30 yaşlarında olanlar idisə, indi bu rəqəm rəsmən 17 yaşa düşüb. Amma bizdə məlumat var ki, narkotik aludəçiləri arasında 13-14 yaşlı yeniyetmlər də var. Bu isə bizi çox narahat edir və hesab edirəm ki, daha ciddi tədbirlərə əl atmaq lazımdır. Narkotik maddələr insan həyatı üçün çox zərərlidir. Dini baxımdan yanaşsaq, bu, əsl şeytan əməlidir. Bundan uzaq durmaq lazımdır?. Milli Məclisin deputatı Fuad Muradov isə bildirib ki, zərərli vərdişlərlə bağlı müzakirələrə həmişə ehtiyac var. Narkotiklərə qarşı mübarizənin daha ciddi şəkildə aparılmasını vacib sayan millət vəkili deyib ki, qonşu ölkələrdə vəziyyət daha acınacaqlıdır və Azərbaycan buna gələcəkdə böyük təhlükə kimi yanaşmalıdır. Deputatın sözlərinə görə, bəzən Azərbaycanın müxtəlif ali məktəblərində narkotiklərin istifadə hallarının mövcud olması ilə bağlı məlumatlar yayılır: ?Ona görə də biz təklif etmişik ki, ali məktəblərdə müşahidə kameraları quraşdırılsın. Bu da prosesin qarşısının alınması kömək edə bilər?. Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Kamal İmamverdiyev isə bildirib ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda gənclərin narkotiklərlə bağlı cinayətlərdə iştirakı xeyli aşağıdır: ?Məktəblərdə narkotiklərin yayılmasına gəlincə isə, biz buna qarşı çox ciddi tədbirlər görmüşük və hətta bunun metodikasını tətbiq etmişik?. Digər millət vəkili İlham Məmmədov isə qeyd edib ki, Azərbaycanda narkotiklərlə qarşı müharibə elan etməyin vaxtı çatıb: ?Eyni zamanda, qanunvericilik bazası da təkmilləşdirilməlidir. Buna baxmayaraq, belə ziyanlı vərdişlərə qarşı təkcə qanun çərçivəsində deyil, həm də milli-mənəvi dəyərlər çərçivəsində də mübarizə aparılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR