Postundan uzaqlaşdırılan nazir müavini yeni vəzifəyə təyinat alıb? - Rəsmi açıqlama verilmir

img

17-07-2025 [10:14]


Bu ilin yanvar ayında vəzifəsindən uzaqlaşdırılan gənclər və idman nazirinin müavini Mariana Vasilevanın hazırda fəaliyyətini davam etdirdiyi bildirilir.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vasileva vəzifəsindən kənarlaşdırılsa da, Nazirliyin inzibati binasında tez-tez görüntülənir, müvafiq tapşırıqlar verir.

Mairana Vasilevanın bu günlərdə Nazirlikdə ad gününü qeyd etməsi barədə görüntülər də yayılıb.

Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanlasaq da, iki gün keçməsinə baxmayaraq heç bir mövqe bildirilməyib.

Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad olunub. Nazir Fərid Qayıbov isə işdən çıxarıldığı gün Vasileva ilə selfisini paylaşdığı üçün ciddi tənqid edilmişdi.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 17.07.2025

Sabah isti hava olacaq