Rəssamlar Bülbülün ev muzeyinin qapısını bağlamaq istəyirlər

img

19-05-2009 [03:45]


Dünən dahi Bülbülün ev muzeyində Muzeylər günü münasibəti ilə tədbir keçirilib. Muzeyin direktoru Adilə Məmmədovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sözügedən tədbirin təşkilatçısı özü olub. ?Tədbiri mən təşkil etdim. Müxtəlif muzeylərdən qonaqlar dəvət etmişdik. Hamısı da gəlmişdi. Bülbülü yada saldıq, problemlərdən söhbət açdıq?,- deyən A.Məmmədova rəhbərlik etdiyi muzeydə aparılacaq təmir işlərindən də söz açdı. ?Bülbülün ev muzeyində dövlət əhəmiyyətli tədbir nəzərdə tutulub. Amma buna nə vaxt başlanılacağı sual altındadır. Bizim muzeyin bir problemi var. Muzeyə giriş Rəssamlar İttifaqının içərsindəndir. Rəssamlar İttifaqının bəzi üzvləri isə bu qapını bağlamağa çalışırlar. Amma mən buna yol verməyəcəm. Əgər onlar bu girişi bağlamağa çalışsalar, mən lazımi yerlərə müraciət edəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA