Fərdanın növbəti parodiyası yaxın günlərdə olacaq

img

19-05-2009 [03:41]


Yumorist Fərda Xudaverdiyev növbəti parodiyalarını təqdim edəcək. Müstəqil İnformasiya Agentliyinə layihəsi barədə məlumat verən yumoristin sözlərinə görə, tədbir Opera və Balet Teatrında baş tutacaq. Sözügedən teatr ocağında baş tutacaq əyləncəli tədbirdə parodiyalar üstünlük təşkil edəcək: ?Konsertdə müxtəlif səhnələr təqdim olunacaq. Onların arısında isə parodiyalar üstünlük təşkil edəcək. Tanınmış sənət adamlarının parodiyaları həm özümün, həm də sənət dostlarımın sayəsində baş tutacaq. Parodiya ediləcək sənətçilər isə bundan xəbərsizdir. Onlar ?özlərini? yalnız konsert günü görəcəklər. O ki qaldı kimlərinsə buna etirazına, bunu yalnız konsertdən sonra biləcəyik?. Qeyd edək ki, tədbir mayın 25-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA