Aysel Teymurzadə və Araz zayiələrə aydınlıq gətirdilər

img

19-05-2009 [03:24]


?Avroviziya-2009? yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araş bu gün Bakıda, İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında mətbuat konfransı keçiriblər. Mediaforumun məlumatina görə, ətbuat konfransında Araş onun barəsində yayılan bir sıra şayiələrə, konkret olaraq onun milliyyəti və sevgisi haqda bəzi söz-söhbətlərə də münasibət bildirib. Saytın məlumatına görə, milliyətindən danışarkən Araş deyib: ?Atam, babam azərbaycanlıdır. Ona görə də özümü həm azərbaycanlı, həm iranlı hesab edirəm. Hazırda yaşadığım İsveçi də çox sevirəm?. Sevgisindən danışanda isə Araş hazırda İsveçdə yaşayan iranlı, İran ailəsindən çıxmış bir qızı sevdiyini və onunla ailə həyatı quracağını söyləyib. Araş Labaf İranın paytaxtı Tehranda anadan olub. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçə köçüb. Hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Araş İran əfsanəsində bir qəhrəmanın adıdır. Əfsanəyə görə, fars imperatorluğu ilə Turan arasında müharibə elan edilir və Araş orda döyüşür. Sonda sülh elan olunur, qərara alınır ki, Turanla İranın sərhədini müəyyənləşdirmək üçün Araş ox atsın. Araş Dəmavənd dağına çıxır və onun atdığı ox uzun bir məsafə qət etdikdən sonra Ceyhun çayının yaxınlığındakı bir qoz ağacına sancılır. Həmin çay İranla Turanın sərhədi olur. Amma Araş bütün gücünü oxu atmağa sərf etdiyindən özü paramparça olur və bədəninin hissələri İran torpaqlarına yayılır. Bu il mayın 16-da Moskvada keçirilən ?Avroviziya-2009? mahnı müsabiqəsində Aysel-Araş dueti üçüncü yeri tutb. ?Always? (?Həmişə?) mahnısını ifa edən müğənnilər 207 xal qazanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA