Simarə imanova muğamsevərləri sevindirəcək

img

18-05-2009 [05:13]


Əməkdar artist, tanınmış muğam ifaçısı Simarə İmanova yeni layihə üzərində işləyir. Simarə xanımın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, bu işi "Gözlərim yol çəkəndə" adlanır və disk halında bu günlərdə muğamsevərlərin ixtiyarına veriləcək. Qeyd edək ki, sözügedən diskdə Azərbaycanın xalq mahnıları, təsniflər, muğamlar da yer alıb. S.İmanovanın dediyinə görə, solo-konsert də vermək fikrindədir: "Solo-konsert vermək imtahan kimi bir şeydir. Məsuliyyət tələb edir. Çalışıram ki, tamaşaçıların və muğamsevərlərin ümüdlərini layiqincə doğruldum". S.İmanova xarici ölkələrdə keçirilən qastrollarda da çıxış etmək istəyir. Amma bir şərtlə ki, həmin səfərlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA