Azərbaycan tərəfi ?Avrovizion?un yarımfinalında birinci yerə çıxdığına görə, Araza ev hədiyyə edib

img

16-05-2009 [02:58]


Məlum olduğu kimi, Azərbaycanın ?Avrovizion? təmsilçiləri yarımfinal mərhələsində birinji yerə çıxaraq, finala vəsiqə qazanıblar. Bu gün keçiriləcək final mərhələsində Arafşla Ayselin çıxışının uğurla nəticələnəcəyi gözlənilir. Amma Araşın ?Avrovizion?da Azərbaycanı təmsil etməsi ona maddi cəhətdən də sərfəli olub. Belə ki, Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsabiqənin təşkilatçılarından birinin verdiyi məlumata görə, təmsilçilərimizin yarımfinal mərhələsində birinci yerə çıxması ilə əlaqədar Araşa şəhərin mərkəzindəki yeni tikilən binaların birində ev həddiyyə edilib. Qeyd edək ki, bir müddət önjə mətbuata açıqlamasında Araş müsabiqədə uğur qazanacağı təqdirdə Bakıda ev alacağını bildirmişdi. Elə bu səbəbdən də Azərbayjan tərəfi Araşı ilk uğuruna görə onu evlə mükafatlandırıb. Mia.az-a məlumat verən şəxs onu da bildirib ki, əgər final mərhələsini də uğurla başa vursalar, ?Avrovizion? təmsilçilərimizə digər qiymətli hədiyyələrin verilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA