?Qız qalası? baletində baz ifaçılar gənclərlə əvəzlənib

img

15-05-2009 [03:04]


gn=left]2010/balet2.jpg[/libt] Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin ?Qız qalası? baletinin ifaçıları arasında dəyişiklik edilib. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, mayın 23-də baş tutacaq baletdə kollektivin gənc solistləri rol alıblar. ?Bundan əvvəl ?Qız qalası? baletində Gülyanaq və Polad oynayırdı. Onları bu tamaşada gənc solistər-Tamilla Məmmədzadə və Timur Əsgərov əvəzləyəcək. Tamilla çox təcrübəli solistdir. O, 2001-ci ildən bu teatrda çalışır. Bu vaxta kimi o, Fikrət Əmirovun ?Min bir gecə? baletində Mərcanə və Nuridə, Qara Qarayevin ?Don Kixot? baletində Dilsineya, ?Yeddi gözəl?də Çin gözəli və bir sıra aparıcı pariyaları müvəffəqiyyətlə ifa edib. Tamilla Məmmədzadənin ?Min bir gecə? baletindəki ifası türkiyəli sənətsevərlər tərəfindən də yuksək qiymətləndirilib?,- deyən Ş.Ağamirzəyeva ?Qız qalası?da ölməz sənətkarımız Qəmər Almaszadənin ifasının teatrın tarixində qalacağını da vurğuladı. Qeyd edək ki, baş rolun ikinci ifaçısı olan T. Əsgərov daha gəncdir. Bakı Xoreoqrafiya Məktəbini 2008-ci ildə bitirən bu gənc ifaçı balet artisti kimi yüksək göstəricilərə malikdir. Teatr rəhbərliyi istedadına böyük ümüdlər bəslədiyi Timurun rolun öhdəsindən gələcəyinə və uğur qazanacağına inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA