üzeyir Hacıbəyovun ev muzeyində Muzeylər günü qeyd ediləcək

img

15-05-2009 [03:02]


Mayın 18-i Muzeylər günüdür. Dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində bu məqsədlə mərasim keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından məlumat verilib. Qeyd edək ki, tədbir Ü.Hacıbəyovun ev muzeyi və Şuşa Mədəni-Maarif Kollecinin kollektivinin birgə təşəbbüsüdür. Müxtəlif muzey kollektivlərinin də dəvət edildiyi bu tədbirdə ən önəmli məsələlər müzakirə olunacaq. Çıxışlarda muzeyin il ərzində əldə etdiyi eksponatlar barəsində məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA