Əli Əhmədov çinin Azərbaycandakı səfiri çjan Yannyan ilə görüzüb

img

15-05-2009 [01:11]


Yeni Azərbaycan Partiyasında (YAP)sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan ilə görüşüb. Azərbaycanda diplomatik fəaliyyətə yeni başlamış səfir ölkəmizlə ilk tanışlığın onda xoş təəssürat yaratdığını qeyd etmiş, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin daha da inkişafında Prezident İlham Əliyevin ÇXR-ə səfərinin mühüm rol oynadığını xüsusi vurğulanıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran səfir, ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə edir. Ölkələrimiz arasında əlaqələrin məmnunluq doğurduğunu qeyd edən YAP sədrinin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yüksək səviyyədə əməkdaşlığın bu münasibətlərə müsbət təsirini xüsusi vurğulanıb. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təklif və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyi və reallaşacağı əminliklə qeyd olunub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA