Rəsul Quliyev Azərbaycana qayıtmaq üçün hakimiyyətə minnətçi düzüb

img

14-05-2009 [03:47]


[b]Eks-spiker bununla bağlı lideri olduğu Acıq Cəmiyyət Partiyasının rəhbərliyinə sakit mövqe tutmaq tapşırığını verib[/b] Son günlər eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) fəaliyyətinin dayanması müxtəlif səbəblərlə əlaqələndirilir. Amma Rəsul Quliyevə yaxın şəxslərdən birinin Müstəqil İnformasiya Agentliyinə (mia.az) verdiyi məlumata görə, partiyanın passiv mövqe tutması ACP liderinin tapşırığı əsasındadır. Bizi bilgiləndirən şəxs deyir ki, Rəsul Quliyev vətənə dönmək üçün hakimiyyətlə müəyyən danışıqlar aparır, bu səbəbdən də tədricən müxalif mövqedən uzaqlaşır: ?Məndə olan məlumata görə, Rəsul bəyin Azərbaycana qayıtması üçün onun nümayəndəsi Azərbaycan iqtidarında təmsil olunan nüfuzlu şəxslərdən biri ilə danışıqlar aparır. Hətta bir müddət öncə ACP rəhbərliyi də bu işlə məşğul olurdu. Ortada real nəticə olmadığına görə, Rəsul bəy daha nüfuzlu şəxslərin köməyindən yararlanmaq istəyir. Hakimiyyətin yuxarı dairələrində təmsil olunan tanınmış simalarından birinin vasitəsi ilə ölkəyə qayıdışını təmin etməyə çalışır. O, hətta ölkəyə qayıdandan sonra siyasi fəaliyyətlə məşğul olmayacağına dair vədlər də verib. Elə son dövürlər ACP-nin passiv mövqeyə keçməsi də bununla bağlıdır. Rəsul bəy ACP sədri Akif Şahbazova siyasi meydanda görünməməyi, hakimiyyətin əleyhinə hər hansı ifadə işlətməməyi tapşırıb?. Verilən məlumata görə, Rəsul Quliyev bələdiyyə seçkiləri ərəfəsində ölkəyə dönüşünü reallaşdırmaq istəyir. Qeyd edək ki, Müstəqil İnformasiya Agentliyinin müxbiri gün ərzində ACP sədri Akif Şahbazovla dəfələrlə əlaqə saxlamaq istəsə də, cəhdləri uğursuz alındı. A.Şahbazovun evindən onun rayondan olduğunu bildirsələr də, o, mobil telefonuna edilən zənglərə cavab vermir. ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva isə partiyanın passiv mövqedə olmasına görə sədr Akif Şahbazovu təqsirli sayır: ?ACP-nin indiki fəaliyyəti fəaliyyət sayılmır. Partiyanın bu vəziyyətə gəlib çıxmasının 95 faiz günahı Akif Şahbazovdadır. Bütün bunlar göstərir ki, partiya rəhbərliyindəkilər yerində deyillər. Mənə elə gəlir ki, bu məsələ həll olunsa, hər şey qaydasına düşər. ACP-nin ayağa qalxması üçün gücləri bir yerə yığa biləcək qabiliyyətdə adam lazımdır. Partiyada qabiliyyətli adam çoxdur, amma onlardan istifadə edə biləcək sədr yoxdur. Fikrimcə, partiyanın fəaliyyətsizliyini başqa məqsədlərlə əlaqələndirmək düzgün deyil. Hər şeyi öz adıyla çağırmaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA