Əli Əliyev vətəndaz hərəkatının bir neçə seçki qrupu ilə mübarizə aparmasının tərəfdarıdır

img

14-05-2009 [12:53]


[b]?Biz bələdiyyə seçkiləri ilə bağlı məsələni bütövlükdə Qarabağ və Respublika Uğrunda Hərəkatda müzakirə etmişik. Niyyətimiz bu hərəkatın siyasi avantajını davam etdirməkdir. Üç toplantımızda bələdiyyə seçkilərinə hazırlıq məsələsi müzakirə olunub. Mayın 28-də partiyamızın yubileyidir. Həmin gün partiya üçün vacib olan məsələlər barədə də qərar verəcəyik. Bələdiyyə seçkiləri ilə bağlı da orada qəti qərar veriləcək?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, əvvəlcə partiya daxilində müəyyən qərarlar veriləcək, sonra isə daxil olduqları hərəkatda namizədlərin uzlaşdırılması, vahid siyahının hazırlanması məsələsi müzakirə olunacaq. VİP sədri onu da deyib ki, iyun ayına qədər partiya daxilində də hazırlıq işləri aparılacaq: ?Biz istərdik ki, ?Azadlıq? bloku formatında da müəyyən müzakirələr olsun. Yəqin ki, iyun ayının sonu, iyulun əvvələrində həm partiyanın, həm də vətəndaş hərəkatı çərçivəsində bələdiyyə seçkiləri ilə bağlı konkret taktiki addımların ayarlanması həyata keçiriləcək?. Qeyd edək ki, seçkidə iştirakın formatı ilə bağlı hərəkatda fərqli fikirlər var. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bir neçə seçki qrupunun yaradılması təklifini irəli sürüb. Məsələyə münasibət bildirən Ə.Əliyev isə ?Qanunvericilik bələdiyyə seçkilərinə bir neçə formada qatılmağı nəzərdə tutur. Partiyaların fərdi qaydada seçkiyə qatılmağı istisna olunur. Hərəkatdaxili konfiqurasiyanın hansı formada keçirilməsinə gəlincə, bu, hazırlıq mərhələsinin yekunlaşması ilə bağlı olacaq. Hazırda imkanlarımızın müəyyənləşdirilməsi ilə məşğuluq?- söyləyib. VİP sədri onu da nəzərə çatdırıb ki, hazırda ölkə başçısının bələdiyyə strukturları ilə bağlı sərəncamına müvafiq olaraq, bir sıra dəyişikliklərin olması üzündən bir qədər gözləmək lazımdır: ?Qanunvericilikdə bələdiyyə şəbəkəsinə uyğun partiyaların seçkilərə qatılması nəzərdə tutulduğundan hələlik prosesə hansı qaydada qoşulmağımızı aydınlaşdıra bilməmişik. Təbii ki, hərəkat daxilində nə qədər çox seçki subyektləri qeydiyyatdan keçsə, bizim faydamızadır. Çünki bu zaman büdcədən ayrılan vəsaitdən istifadə imkanları artır, təbliğat imkanı daha geniş olur. Ancaq bizim başqa bir yanaşmamız da var. Hesab edirik ki, seçkilərə hazırlaşmaqla paralel bələdiyyələrin statusunun artırılması ilə bağlı müəyyən addımların atılmasına ehtiyac olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA