Sərdar Cəlaloğlu Azərbaycanın BMT-nin insan Haqları Şurasına üzv seçilməməsini əhəmiyyətsiz sayır

img

13-05-2009 [01:35]


Mayın 12-də BMT-nin İnsan Haqları Şurasına seçki keçirilib və Azərbaycan bu şuraya üzv seçilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu öncə BMT-nin ümidləri doğrultmayan bir quruma çevrildiyini bildirib. Bu səbəbdən də S.Cəlaloğlu orada nə baş verməsini əhəmiyyətsiz saydığını vurğulayıb: ?Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, BMT millətlərin deyil, dövlətlərin birliyidir. Dövlətlər də bura bərabər hüquqlarla daxil olublar. Ona görə BMT-yə daxil olan bütün dövlətlərin demokratik, yaxud anti-demokratikliyindən asılı olmayaraq, bütün proseslərdə bərabər iştirak etmək hüququna malikdirlər. Bir Təhlükəsizlik Şurasında veto hüququ istisna olunmaqla. Amma nəzərə alanda ki, BMT-nin hər hansı bir komitəsi dünyada hansısa bir mənfi tendensiyanın qarşısını almaq məqsədi güdür, o zaman həmin komissiyaya o problemi yadaranları cəlb etmək, Molla Nəsrəddinin küləkli havada dəvənin belində qovut yeməsi kimi bir şeydir. Onsuz da BMT-nin gücü yoxdur. Öz ölkələrində insan haqlarına aşkar şəkildə hörmətsizlik edən dövlətlərə digər ölkələrdəki insan haqları ilə bağlı məsələləri tapşırmaq, quzunu qurda tapşırmaq kimi bir şeydir?. ADP sədri bu məsələdə hakimiyyətin yürütdüyü siyasətin və ölkədə insan haqlarının tapdanılması kimi amillərində rol oynadığını nəzərə çatdırıb: ?Sözsüz ki, Azərbaycanda insan haqları sahəsində kifayət qədər problemlər var. Bunun inkar etmək olmaz. Mən bir vətəndaş kimi Azərbaycanın dünyanın idarə olunmasında ən yüksək səviyyədə iştirak etməsinin tərəfdarıyam. Amma nə yazıqlar ki, bəzən iqtidarın atdığı addımlar bizi bu arzumuza da başqa cür yanaşmağa məcbur edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA