DUi sabah Qarabağ Forumunu keçirəcək

img

13-05-2009 [11:11]


Əvvəlcədən elan olunduğu kimi, Demokratiya Uğrunda İttifaq (DUİ) sabah Qarabağ Forumunu keçirəcək. Artıq tədbirlə bağlı hazırlıq işləri başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hər hansı bir problemin olmayacağını deyib: ?İnşallah sabah qonaqlarımızı gözləyirik. Mənə elə gəlir ki, forumumuzu problemsiz keçirəcəyik. Bu forumda iştirak etmək üçün hər kəsə müraciət etmişik. Sabah bilinəcək ki, kim iştirak edir, kim iştirak etmir. Biz üzərimizə düşən işi görmüşük. İştirak edənlər də sağ olsunlar, etməyənlər də özləri bilər?. Qeyd edək ki, Qarabağ forumu sabah saat 12.00-da KXCP-nin qərargahında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA