Arif Qazıyev: ?Mən meyxanaya qulaq asanda nə Namiq vardı, nə Məna, nə də Əbdül?

img

12-05-2009 [05:48]


Muğam Teatrının direktoru, rejissor Arif Qazıyevin Müstəqil İnformasiya Agentliyinə ekslüziv müsahibəsi [b]- Arif müəllim, bir müddət əvvəl ?Sözüm var?, ?El içində? və ?Toylar kralı? verilişlərini səviyyəsiz adlandıraraq, onların bağlanmasını təklif etmişdiniz. Bundan sonra əks tərəf ? yəni meyxana yaraşmasının münsiflər heyətinin üzvləri Əbdül Mahmudov və meyxanaçı Namiq Məna Sizə yönəlik ittihamlar səsləndirdilər?[/b] - Mən sözümü bir dəfə dedim. Bu mənim fikrimdir. Kim nə istəyirsə, qoy desin. Ümumiyyətlə, söhbət təkcə həmin verilişlərin bağlanmasından getmir. Elə verilişlər var ki, ailə ilə birlikdə ona baxmaq olmur. Arvad-uşaq, böyük-kiçik var, axı. Lap ağını çıxarıblar. Nə gəldi danışırlar, çəkirlər, belə olmaz. Mən gələcək ailənin tərbiyyəsini düşünüb, bu sözləri demişəm. Və indi də deyirəm ki, verilişlərə doğrudanda senzura lazımdır. Senzura olsa, tərbiyyəsiz və əxlaqdan uzaq sözləri efirə verməzlər. Amma bəzən meyxana deyənlər hədlərini aşır, nə gəldi deyirlər. Hətta bəzən meydan söyüş həddinə qədər genişlənir. [b]- Meyxanaçı Namiq Məna açıqlamasında bildirib ki, ?kim mənə və sənətimə səviyyəsiz deyibsə, səviyyəsiz onun özüdür?. Yəni bu məsələdə dolaysı ilə Sizin ?bostanınıza daş atılıb?.[/b] - Namiq nə istəyir desin. Hamı məni də gözəl tanıyır, onu da. Bir adamın ki, soyadı Məna ola. Başım çıxmır, belə də soyad olar? Məna, yoxsa Mənasız? Bütün respublika məni tanıyır. Bilirlər ki, Arif Qazıyev klassik işlərlə, milli musiqinin inkişafı, təlim-tərbiyyə ilə məşğuldur. Mənim ürəyim yanmasaydı, belə sözləri deməzdim. Namiq Mənanın yadından deyəsən çıxıb. Meyxana pis olsaydı, mən Vüqarın klipin çəkməzdim. Vüqar həmin klipdə necə və nəyi oxuyur? Başdan ayağa Azərbaycanı təbliğ edir. Rayonların gözəlliyi hamını valeh edir. Gəl bundan danışaq ay Məna. Rayonların adət-ənənəsi həmin klipdə tamaşaçıya zövq verir. Bacarırsa, qoy o da meyxananı mənim kimi təqdim etsin. Bunu bacarmayan adam isə mənim sənətimə söz deyə bilməz. Meyxana yaraşmasında niyə Qarabağ qəhrəmanlarını yada salmırlar? İştirakçıların biri də bu mövzuda, onların dili ilə desək, bədiyə demir? Hamısının dilində bu sözlər bitib: ?Mən səni soyunduraram?, ?Mən sənə belə edərəm? və s. Ayıb deyil!? Bəlkə ay Məna mən düz demirəm? Mən bunu ağsaqqal kimi deyirəm. Amma nə Namiq Məna ilə, nə də Əbdüllə düşmənçiliyim yoxdur. [b]- Namiq Məna deyib ki, ?yaxşı olar, Arif Qazıyev bildiyi mövzudan danışsın??. Bəlkə düz deyir?[/b] - Mən meyxanaya qulaq asanda nə Namiq vardı, nə Məna, nə də Əbdül. Mən 1959-cu ildən danışıram. Həmin illərdə tez-tez meyxana məclisləri keçirilirdi. Mən həmin məclislərin əksəriyyətində iştirak etmişəm. Yaxşı meyxana deyənlər vardı. Onlar sənət yarışı edərdi. Mən Vahidin meyxana deməsinin şahidi olmuşam. Yaxşı olar ki, indi özünü ortaya atanlar meyxana janrını başqa səmtə yönəltməsinlər. Təlim-tərbiyyə ilə məşğul olsunlar. Bunların nə bir mövzusu var, nə də süjet xətti. Nə qədər ağıza gələni demək olar? Xalqı ruhlandırmaq lazımdır. Söyüşdən, təhqirdən xalq ruhlanarmı? İnsanları qəhrəmanlıq ruhunda tərbiyyələndirmək lazımdır. Baxırsan, hamısı cavan oğlanlardır. Onlar bu söyüşdən nə götürəcək? Belə gənclər vətəni, xalqı, milləti necə sevəcək? Bəlkə sabah müharibə oldu. Bu gənclər həmin söyüşlərlə müharibəyə necə hazır olacaq? [b]- Siz meyxana yaraşmalarını izləyirsiniz?[/b] - Mən bu sənətə can yandıranda Əbdül Mahmudov bilmirdi ki, meyxana nədir. Amma indi ondan qazanc, reklam üçün istifadə edirlər. Bizim isə istəyimiz budur ki, gəncləri milli tərbiyyə ruhunda kökləsinlər. Meyxana, yəni bu qədərmi vacibdir? Dalbadal meyxana yarışması olar? Bizim o qədər sənət növlərimiz var ki... Ona ayrılan vaxtı həmin sənətlərin təbliğinə ayırmaq lazımdır. [b]- Açıqlamanızda ?Toylar kralı? layihəsinin də bağlanmasını təklif etdmişdiniz. Həmin layihənin münsüf üzvü Əli Mirəliyev isə deyib ki, ?Toylar kralı? Arif Qazıyevin ?mətbəxindən? keçsəydi, o heç vax belə danışmazdı?[/b] - Əli Mirəliyev bütün günü efirlərdə quyruq bulayır. Bunlar mənim səviyyəmə uyğun insanlar deyillər. Əslində mən sözümü bunlara deyil, telekanalların rəhbərlərinə demişəm. Qoy onlar bu iradı eşitsin, dalbadal keçirilən meyxana yaraşmsının qarşını alsınlar. Camaatın beyni dincəlməmiş, söyüşlər qulağından getməmiş, ikinci hissəsi başlayır. Biz isə belə səviyyəsiz yaraşmaya baxmağa məcburuq. Meyxana asan qazanc mənbəyidir deyə xalqı məhv etməlidirlərmi? Bilmirəm münsiflər heyəti orada nəyə görə oturub? Niyə icazə verirlər ki, efirdə tərbiyyəsiz sözlər işlənsin. Digər tərəfdən, qoy bir dəfə meyxana yarışmasında Qarabağa, qəhrəmanlığa, vətənpərvərlik ruhuna aid sözlər də desinlər. Niyə demirlər? Çünki hamısı şəxsi mənfəətini güdür. Mən Azərbaycan xalqı, sənəti üçün iş görürəm. Onlar kimi hər dəqiqə bir partiya, yaxud da onun rəhbərinə qulluq etmirəm. Adamın nə qədər sifəti olar. Bu gün mənim sənətimə səviyyəsiz deyən Əbdül Mahmudov bir neçə il bundan əvvəl eks-prezident Ayaz Mütəllibovun buyruğunda dayanmışdı. Sənəti yaddan çıxarıb düşmüşdü onun ardınca. Bütün günü Mütəllibovdan danışıb, az qala aləmi dağıdırdı. Gördü ki, Mütəllibovdan bir şey çıxmır, üz tutdu Həcc ziyarətinə. Tövbə etdi ki, mən düzəlmişəm, daha siyasətlə işim yoxdur. İndi də gəlib bu yarışmada özünü ?göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA