Kinorejissorlar Gildiyası ilə iTV-nın məhkəməsi yenidən bazlayır

img

06-05-2009 [02:27]


Kinorejissorlar Gildiyası ilə İctimai Televiziya (İTV) arasında yaranmış insidet davam etməkdədir. Mayın 7-də Kinorejissorlar Gildiyasının İTV-yə qarşı qaldırdığı məhkəmə prosesi keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə gildiyanın mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin məlumat verib. ?Sabah Ginorejissorlar Gildiyasının İTV ilə məhkəmə prosesi keçiriləcək. İqtisad Məhkəməsi belə qərara gəldi ki, biz öz aramızda barışmalı və müqavilə bağlamalıyıq. Kinorejissorlar Gildiyası və ?Azərbaycanfilm? Kinostudiyası isə əvvəlki borclarını, yəni müəlliflərə aid filmlərin nümayişinə görə borcların ödənilməməsi ilə heç cür razılaşmır. Yalnız həmin borclar ödəndikdən sonra hər hansı müqavilədən söhbət gedə bilər. İnanırıq ki, Apellyasiya Məhkəməsi bu məsələni ədalətli həll edəcək. Çünki sübutlarımız kifayət qədərdir. 3 il ərzində İTV geninə-boluna Azərbaycan filmlərini nümayiş etdirib?. Mətbuat xidmətinin rəhbəri deyib ki, İTV yalnız məhkəmə prosesi gedən vaxtlarda Azərbaycan filmlərinin nümayişini dayandırıb. Ancaq məhkəmə başa çatar-çatmaz sözügedən telekanal Azərabycan filmlərinin nümayişini yenidən davam etdirib. Qeyd edək ki, Kinorejissorlar Gildiyası bu məsələ ilə bağlı ?Xəzər?TV-ni də məhkəməyə vermişdi. Ş.Tacəddinin sözlərinə görə, hazırda sözügedən telekanalla gildiya arasında razılıq əldə olunub: ?Məhkəmə ədalətli qərar çıxardı. Yəni Kinorejissorlar Gildiyası ilə ?Azərbaycanfilm? Kinostudiyasının qaldırdığı iddia təmin edildi. Hazırda onlarla çox gözəl münasibətimiz yaranıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA