Aysellə Araz mayın 14-də ?Eurovision? müsabiqəsində mahnılarını oxuyacaqlar

img

11-05-2009 [05:38]


Dünən Moskvada ?Eurovision? müsabiqəsinin açılışı olub. Açılış mərasimi yerli vaxtla saat 22:00-da Manej Sərgi Kompleksində təşkil edilib. Şounu, Rusiyanın Birinci kanalının aparıcısı Andrey Malaxov və müğənni Alsu idarə edib. Yadınıza salaq ki, Alsu özü Rusiyanı 2000-ci ildə ?Eurovision? müsabiqəsində təmsil edib və ikinci olub. Açılış mərasimində ?Eurovision? mahnı yarışmasının birinci qalibi, isveçrəli müğənni Liz Assia, holland qrupu ?Teach-İn?, alman qrupu ?Çingizxan?, israilli Dana İnternational, ukraynalı Ruslana, serb Mariya Şerifoviç, həmçinin, əvvəllər Rusiyanı təmsil edənlərdən Filip Kirkorov, ?Tatu? qrupu, Alsu və ötən ilki qalib Dima Bilan çıxış edib. Açılış şousunun sonunda ev sahibi Rusiyanı bu təmsil edəcək Anastasiya Prixodko ?Mamo? mahnısını ifa edib. Sonda şounun aparıcıları Andrey Malaxov və Alsu birinci yarımfinala qədər olan vaxtı göstərəcək saatı işə salıb. Xatırladaq ki, Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş bu il müsabiqədə, mayın 14-də ikinci yarımfinalda 12-ci sırada çıxış edəcək!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA