Röya qalmaqallı prodüser Toliki yenidən izbirliyinə dəvət edib

img

12-05-2009 [07:16]


Uzun müddət bir yerdə işləyəndən sonra ayrılmağa qərar vermiş müğənni Röya qalmaqallı sabiq prodüseri Toliki yenidən işbirliyinə dəvət edib! Tolikin xəbəri yayan Show.az saytına verdiyi məlumata görə, müğənni özü onunla işləmək istəyib: ?Mən Röyanın efirlə bağlı işlərini həll edəsəyəm. Onun prodüseri Kənan və mətbuat katibi Ülviyyə xanım isə əvvəlki qayda ilə işləyəcəklər!? Məlumatı dəqiqləşdirmək üçün müğənninin mətbuat katibi Ülviyyə Alovlu ilə əlaqə saxladıq. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ü.Alovlu isə məlumatı təsdiqləməyib: ?Tolik çoxdandır Röya ilə yenidən işləməyə can atır, cürbəcür bəyanatlar verir. Amma bu, sadəcə, quru sözlərdir. Kənan ölüb ki, Tolik onun hansısa işlərini görsün?!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA