Samir Nasimin ?Salam verin? diski 4 dildə izıq üzü görüb

img

09-05-2009 [04:17]


Müğənni Samir Nasim yeni disk buraxdırıb. Müstəqil İnformasiya Agentliyinə məlumat verən müğənni sözügedən diski maliyyə sıxıntısı ucbatından təqdim edə bilmədiyini deyir. S.Nasimin sözlərinə görə, disk 4 dildə - Azərbaycan, rus, ingilis və ərəb dillərində çap olunub: ?Disk hazır oldu. İstədik ki, buna gözəl bir təqdimat keçirək. ?Pantomim? Teatrının yaradıcı heyəti, xalq artisti Alim Qasımov, Rasim Balayev və ?Çiçəyim? Uşaq Teatrının iştirakı ilə bu disk təqdim olunmalı idi. Həm bədii, həm də rəsmi hissələrdən ibarət ssenari də yazıldı. Musiqili Komediya Teatrı üçün nəzərdə tutulan bu təqdimata hardasa 29 min manat xərc çəkilməliydi. Açığı, nə qədər sanballı şirkətlər vardısa, hamısına təkliflər paketi hazıladıq. Amma bizə pul verən olmadı. Tədbir sırf dini, əxlaqı, bəşəri, tərbiyyəvi, milli və mənəvi ruhda olacaqdı. Amma Azərbaycanda belə səviyyəli tədbirlərə pul ayırmaq istəyən yoxdur?. Müğənni deyir ki, ?Bakı İslam mədəniyyətinin paytaxtıdır? silsilə tədbirlərin arasında əxlaqi ruhda olan bir diskin təqdim olunmaması ən azı onda təəccüb doğurur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA