Arif Quliyev əsgərlər qarzısında çıxız edəcək

img

09-05-2009 [03:58]


Xalq artisti Arif Quliyev bölgələrə çəfər edəcək. Müstəqil İnformasiya Agentliyinə açıqlamasında aktyor bildirib ki, bu səfərdə məqsədi vətənin müdafiəsində olan əsgərlər qarşısında çıxış etməkdir. Bir neçə hərbi hissədə olacağını deyən xalq artisti, kollektivlə birgə gözəl repertuarla çıxışı edəcək. Qeyd edək ki, aktyorun repertuarında gülüş ön planda olacaq. A.Quliyev həmçinin gözəl layihələr üzərində də işləyir. Onun fikrincə, həmin layihələr gələn mövsümdə tamaşaçıların ixtiyarına veriləcək. Musiqili Komediya Teatrı ilə əməkdaşlıq edən aktyor yaxın zamanlarda yeni bir rolu ilə tamaşaçılarını sevindirəcəyini də deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA