Nüzabə Ələsgərli məhkəməyə hazırlazır

img

03-05-2009 [04:19]


Bir neçə gün öncə tamaşaçılara gənc müğənni Cümşüd Abdullayevlə birgə "Ulduz" kinofilmindən oxuduğu mahnının klipini təqdim edən Nüşabə Ələsgərli növbəti klip çəkilişlərinə hazırlaşır. Xatırladaq ki, duetə çəkilən klipin maliyyə və dövriyyə xərclərini öz üzərinə Cümşüd götürdüyündən əməkdar artist əlini cibinə salmayıb. Müğənninin "Reytinq"ə verdiyi açıqlamasından belə nəticə çıxarmaq olar ki, o, növbəti kliplərinin çəkilişi üçün dünya turnesinə çıxmaq niyyətindədir: "Bu yaxınlarda Ərəb əmirliklərində sevgidən bəhs edən ərəb mahnısına klip çəkdirməyi planlaşdırıram. Bu klip üçün 7 əmirliyin hamısında, o cümlədən Dubayda görüntülər çəkmək istəyirəm. Dubayın adını pis hallandıranlar bunu öz əxlaqları səviyyələrinə çıxarırlar. Azərbaycandan uçan bütün təyyarələr bu şəhərdə enir. Ötən il Ramazan ayında Dubayda oldum. Bu şəhər haqda təəssüratlarım çox gözəldir. Mənimlə birgə təyyarədə ciddi iş adamları, dövlət məmurları da var idi. Bütün ölkələrdə klip çəkdirmək istəyirəm. Vaxtilə Hollandiya və ABŞ-da klip çəkilişlərim olub. Ərəbistandan sonra İran, Hindistan, Çin, Fransa, İtaliya, İspaniya və Almaniyaya da səfər etmək istəyirəm. Xarici ölkələrə meyl mənə dünyanın bütün ölkələrində konsertlər verən sənətkarımız Zeynəb Xanlarovadan keçib. Həmişə onun xarici ölkələrdən gətirdiyi mahnılara pərəstiş etmişəm. Buna görə də, hansı ölkəyə gedirəm, oranın mahnısını öyrənib ifa edirəm, klip çəkdirirəm". N.Ələsgərli ATV telekanalının "El içində" və "Çal-çağır" verilişlərində ələ salınmasından da hiddətlənib: "Milyonlarla tamaşaçıların qarşısında məni zövqsüz müğənni kimi təqdim ediblər. Guya, mən şokolad qutularının üzərində yeni əksimi həkk etdirmək üçün fotosessiyaya da getmişəm. Mən 2-3 ilin müğənnisi deyiləm. Boş-boş danışanlar mütləq cavablarını alacaqlar. Lazım gəlsə, məhkəməyə də müraciət edəcəyəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA