Etibar Məmmədov aclıq edən məhbus AMiP-çi ilə görüzməyib

img

09-05-2009 [02:37]


?Hazırda həbsdə olan və aclıq aksiyası keçirən partiyadaşımız Musa Rahimin vəziyyəti ilə maraqlanmışıq. Aldığımız məlumata görə, onun vəziyyəti o qədər də yaxşı deyil. Çünki Musa bəy qara ciyər serrozundan əziyyət çəkir. Aclıq aksiyası da onun səhhətinə mənfi təsir göstərir?. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov Müstəqil İnformasiya Agentliyinə deyib. Onun sözlərinə görə, AMİP-çinin saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun müayinəsi və müalicəsi üçün müəyyən tədbirlərin görüləcəyini deyib. Amma faktiki olaraq, bu istiqamətdə heç bir addım atılmayıb. Ə.Orucov onu da deyib ki, M.Rahimə tibbi yardım edilməsə və bu problem çözülməsə, AMİP daxili müzakirə aparıb, hər hansı bir qərar verəcək: ?Biz istəməzdik ki, Musa bəy aclığı davam etdirsin. Çünki aclığı davam etdirməsi onun səhhətində ciddi problemlər yaradır?. AMİP funksioneri onu da deyib ki, M.Rahim aclıq aksiyasına başlayandan bəri partiya rəhbərliyindən kimsə ona baş çəkməyib: ?Aclıq aksiyasına başlamazdan əvvəl mən onunla görüşmüşəm. Hazırda ancaq vəkili vasitəsi ilə əlaqə saxlamaq mümkündür. Məsələ AMİP lideri Etibar Məmmədovun da diqqətindədir, mütəmadi olaraq, məsələylə bağlı məlumatlar alır?. E.Məmmədovun Musa Rahimə baş çəkib-çəkməyəcəyinə gəlincə, Ə.Orucov bu barədə qəti bir söz deyə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırda partiya məsələni diqqətdə saxladığı üçün E.Məmmədovun AMİP-çiyə baş çəkməsinə ehtiyac yoxdur: ?Əslində bu problemlə daha çox hüquq müdafiəçiləri maraqlanmalıdırlar. Onlar da bizimlə telefon təmaslarında deyiblər ki, məsələni nəzarətə götürüblər. Hər halda bu səylərin müsbət nəticəsi olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA