iqbal Ağazadə Milli Məclisdə Qarabağla bağlı qapalı iclas keçirilməsini istəyir

img

08-05-2009 [06:28]


Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə qapalı müzakirənin keçirilməsini təklif edib. Millət vəkili deyib ki, Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar intensivləşdiyi Minsk qrupu həmsədrlərinin mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra mühüm irəliləyişlərə nail olunduğu haqda bəyanatlar verdiyini nəzrə alaraq bu addımın atılması vacibdir: "Hesab edirəm ki, bu məsələ qapalı iclasda müzakirə olunmalıdır. Danışıqların Azərbaycanın maraqlarına nə dərəcədə cavab verib-vermədiyi barədə deputatların və siyasi təşkilatların məlumatlandırılması bu baxımından zəruridir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA