Əli Mirəliyev: ?Arif Qazıyev münsiflər heyətində otursaydı, ?Toylar kralı?nın əleyhinə bir kəlmə də danızmazdı?

img

07-05-2009 [04:34]


?Toylar kralı? layihəsi Muğam Teatrının direktoru Arif Qazıyevin etirazına səbəb olub. A.Qazıyev bu layihəni səviyyəsiz adlandıraraq, bağlanmasını tələb edib. Həmin yarışmanın münsiflər heyətinin üzvü Əli Mirəliyev isə onunla razılaşmır. Ə.Mirəliyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, A.Qazıyev düz danışmır: ?Məgər efir ancaq Arif Qazıyev üçün yaranıb? Qoy bir dəfə də digərləri çıxsın efirə. Efirdə eyni adamları görməkdən tamaşaçı da bezib. Eyni mahnılar, eyni simalar bu xalqı cana doyurub. Arif Qazıyevin yanaşması isə düzgün deyil. Çünki dağ rayonlarından gələnlərin də efirə çıxmaq haqqı var. Arif Qazıyev isə öz açıqlaması ilə onlara qarşı çıxır?. Ə.Mirəliyev deyib ki, A.Qazıyev ?Toylar kralı? layihəsinin mahiyyətini başa düşməyib: ?Əgər o, bu layihəni dərinliyi ilə dərk etsəydi, ağzına gələni danışmazdı. Hörmətli Arif müəllimin fikri budur ki, efirdə ancaq istedadı olanlar görünməlidir. Guya onun rəhbərlik etdiyi Muğam Teatrının bütün əməkdaşları istedadlıdır? Hamısı fonoqramla oxuyur. Axşamacan efirdə olanların əksəriyyəti elə səviyyəsiz müğənnilərdir. Biri bic uşaq doğur, biri bırnunu kəsdirir, kişisi qadın paltarı geyinir, qadını isə kişi paltarı... Arif bunları görmür? Desin də, bir dəfə də bunlardan danışsın. Xalqın zövqünü kim korlayır? ?Toylar-kralı?nın iştirakçıları, yoxsa Faiq Ağayevlər? Niyə bu barədə danışmırlar? Bəzi müğənnilər efirə çıxıb, gənclərin tərbiyəsini korlayır, amma Arif Qazıyev bu məsələdən danışmır?. Ə.Mirəliyev A.Qazıyevə qarşı ittihamlar səsləndirməkdən də çəkinməyib: ?Onun rəhbərlik etdiyi teatrda pul verib, sonra səhnəyə çıxırlar. Məgər Arif Qazıyev onları efirə pulsuz çıxarır? Bilirsiniz o niyə ?Toylar kralı? layihəsinə qarşı çıxır? Çünki onu münsiflər heyətinə seçməyiblər. Əgər Arif Qazıyev münsiflər heyətində otursaydı, ?Toylar kralı?nın əleyhinə bir kəlmə də danışmazdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA