Elza Seyidcahanın heyvanlar üçün təzkil edəcəyi konsertin yeri və vaxtı bəlli oldu

img

12-05-2009 [03:39]


Bəstəkar-müğənni Elza Seyidcahının heyvanlar üçün planlaşdırdığı konsertin yeri artıq bəllidir. Konsert iyunun 13-də Binə qəsəbəsindəki atçılıq təsərrüfatının ərazisində keçiriləcək. Müstəqil İnformasiya Agentliyinə məlumat verən Elza Seyidcahanın sözlərinə görə, konsertin biletləri iyunun 1-dən sonra satışa çıxarılacaq: ?Konsertin biletləri elə tənzimlənib ki, ürəyi istəyən bütün insanlar orada iştirak edə bilərlər. Biletlər 50-100 manat arasındadır. Konsertdə iştirak edən tamaşaçılar ora öz heyvanlarını gətirə biləcəklər. Heyanlar üçün ayrıca bilet satılmayacaq. Heyvanlar yalnız sahiblərinin qucağında oturacaq?. Bəstəkar xanımın sözlərinə görə, heyanlar üçün veriləcək konsertdə respublikanın bütün bölgələrindən ona müraciətlər edilir. Hətta digər ölkələrdən də bu konsertdə iştirak etmək istəyən tamaşaçılar var: ?Konsert haqqında internetdə gözəl məlumatlar yerləşdirilib. Dünyanın bir çox ölklərinin vətəndaşları internet vasitəsiylə bu konsertin proqramından xəbər tutublar. Ona görə də Almaniya, Türkiyə, bir sözlə, Avropanın bir çox ölkəsindən mənə müraciət edənlər var. Konsertin özəlliyi ondadır ki, gecəyə məxsus mahnılar səslənəcək. Gecənin ssenarisi heyvanlara aid mahnılar üzərində qurulub. O ki qaldı mənim geyimlərimə - bu da tamaşaçıların ürəyincə olacaq. Bir sözlə, tamaşaçılar görmədiyi bir gün yaşayacaq. Səhnədə isə heç bir heyvan olmayacaq, ancaq özüm olacam?. Elza Seyidcahının sözlərinə görə, ölkənin tanınmış adamlarında da bu konsertlə maraqlananı var və bununla bağlı ona müraciət ediblər. ?Onların hər biri musiqiyə qiymət verən adamlardı. İnanıram ki, həmin insanların özləri orada görünməsələr də, övladları öz heyanları ilə birgə konsertin tamaşaçısı olacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA