Debatda iztirak edən deputatlar arasında qarzıdurma baz verdi

img

05-05-2009 [05:59]


[b]Pənah Hüseynlə Zahid Oruc bir-birlərinə qarşı sərt ittihamlar səsləndirməkdən də çəkinmədilər[/b] Bu gün Azərbaycan Media Mərkəzində 1 may mövzusuna həsr olnmuş debatda deputatlar arasında qalmaqal baş verdi. Debat iştirakçıları - millət vəkilləri Pənah Hüseyn, Fazil Qəzənfəroğlu, Zahid Oruc və Yeni Nəsil Kommunist Partiyasının təmsilçisi Niyazi Rəcəbov bir-birilərinin ünvanına kəskin ifadələr işlətdilər. Pənah Hüseyn və Niyazi Rəcəbovun 1 may tarixinin bayram kimi qeyd olunmasının tərəfdarı, Fazil Qəzənfəroğlu ilə Zahid Orucun isə əleyhdarı kimi çıxış etdiyi debat daha çox qarşılıqlı ittihamlarla yadda qaldı. Millət vəkilləri Pənah Hüseyn və Zahid Oruc arasında başlayan polemika isə açıq qarşıdurmaya çevrildi. Pənah Hüseynin deputat həmkarına ünvanladığı ?Siz bu millətin düşmənisiniz? ittihamına Zahid Orucun da cavabı sərt oldu: ?Siz indiyə kimi bir neçə partiya dəyişmisiniz. Bu gün dindar, sabah solçu olursunuz. Bir gün sonra isə tamam başqa ideologiyanın daşıyıcısına çevrilirsiniz. Sizin məni ittiham etməyə haqqınız yoxdur?. AVP-çi millət vəkilinin bu sözləri Pənah Hüseyni daha da qəzəbləndirib. Müsavatçı deputatın cavabı xeyli sərt olub: ?Siz muzdla işləyirsiniz. Sizin müdafiə etdiyiniz hakimiyyət xalqın bütün hüquqlarını əlindən alıb. Hətta ibtidai icma quruluşunda da dənizi hasara almırdılar?. Debatın aparıcısı İlhamiyyə Rzayevanın müdaxiləsi də tərəfləri sakitləşdirmək üçün kifayət etmədi. Vəziyyətin getdikcə daha kəskin xarakter aldığını görən aparıcı Pənah Hüseynə debatdakı fəaliyyətini dondurmağı xahiş edti. Amma deputat bunu hüquqlarının pozulması kimi qyimətləndirərək, aparıcının təklifi ilə razılaşmadı. Millət vəkili Fazil Qəzənfəroğlu da 1 may tarixinin bayram kimi qeyd edilməsinin əleyhinə olduğunu deyərək, fikrini belə əsaslandırdı: ?1 mayın fəlsəfəsi azad rəqabət ruhuna ziddir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA