Arif Qazıyev: ?ATV-dəki ?El içində? verilizi bağlanmalıdır!?

img

05-05-2009 [03:13]


[b]Rejissor ?Toylar kralı? və ?Sözün var? meyxana yarışmasını da səviyyəsiz adlandırdı[/b] ?ATV telekanalında yayımlanan ?El içində? verilişinin bağlanmaq vaxtı çatıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev deyib. ?Bu veriliş insanlarda çaşqınlıq yaradır. Əslində, bu veriliş çoxdan bağlanmalıdır. Çünki orada bütün sənət adamlarını üz-üzə qoyurlar. Ən dəhşətlisi odur ki, illərlə sənətdə sözünü demiş insanları səhnəyə dünən çıxanlarla qarşı-qarıya otuzdururlar. Belə də biabırçılıq olar? Oynayanlar oynayanların, oxuyanlar oxuyanların saçını yolur. Nəticədə biri küsüb gedir, digəri verilişi özü tərk edir. Bu isə Azərbaycan mədəniyyətinə başucalığı gətirmir. Elə götürək dünənki biabırçılığı. Mən, rəqqasələr Aytənlə Fatiməni ayırmasaydım, iki qadın saçyoldusuna çıxacaqdı. Axı o verilişdə həmişə mənim kimi sülhsevər olmur. Nə Aytənin, nə də Aksananın Azərbaycanın milli rəqslərindən xəbəri yoxdur. Onlar səhnədə bu rəqslə tanınmayıblar. Fatimə isə Azərbaycanın milli rəqsləri ilə tanınır. Azərbaycan rəqslərindən xəbərsiz insanların belə verilişdə nə işi var? Bax, əvvəlcə bunu aydınlaşdırmaq lazımdır?? A.Qazıyevin sözlərinə görə, Azərbaycan rəqsləri ilə bağlı böyük mərasimlər keçirilməlidir. Onun fikrincə, ?Toylar kralı? və ?Sözün var? kimi səviyyəsiz yarışmaların da qarşısı alınmalıdır: ?Hamı ?toy kralı? axtarır. Amma meyxana ilə ?toy kralı? Azərbaycan mədəniyyətinə yüngüllük gətirir. Camaat isə belə insanlara pul xərcləyir, SMS göndərir və beləcə, Azərabycanın ən ciddi mədəniyyəti məhv olur. Yaxşılar qalır gölgədə, ?krallar? isə başqasının SMS-i hesabına ?padşah?lıq edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA