Müsavat Neft Akademiyasındakı terrorla bağlı aksiya keçirməyəcək

img

05-05-2009 [01:55]


?Müsavat Partiyasının mayın 10-da mitinq keçirmək niyyəti yoxdur. Bu, sadəcə olaraq, partiyanın mətbuat xidmətindən göndərilən bir informasiyanın yanlış anlaşılması ilə bağlıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuatda partiyanın mayın 10-da aksiya keçirməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib. A.Hacılı hələlik Müsavatın belə bir niyyətinin olmadığını bildirib: ?Bizim belə bir qərarımız yoxdur. Dünən bir qrup gənc Müsavat Partiyasına gələrək, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı olayla bağlı etiraz aksiyası keçirmək istədiklərini bildiriblər. Bu müraciət də Müsavat Parptiyasının mətbuat xidmətindən göndərilib. Bu səbəbdən də bəzi mətbu orqanlar bunu bizim mitinq kimi qələmə verib?. Müsavat yetkilisi onu da bildirib ki, partiya olaraq, bu tədbirə qatılmasalar da, gənclərin aksiyasını müsbət qiymtləndirir. Arif bəy həmin aksiyada müsavatçı gənclərin də iştirak edəcəyini istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA