Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olub

img

04-05-2009 [12:03]


Mayın 3-də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun beş illik fəaliyyəti haqqında ətraflı məlumat verilib. Nazirliyin nümayəndələri dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar. Heydər Əliyevin Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən 1983-cü ildə çəkilmiş portreti qonaqlarda xüsusi maraq doğurdu. Fondun 5 illik yubileyi münasibətilə nazirliyin adından Fonda Heydər Əliyevin yeni fotoşəkilləri və mədəniyyət xadimlərinin təbrik sözlərinin, xoş arzularının yazıldığı albom hədiyyə olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu şəkillərin Dövlət Film Fondunun arxivindən götürüldüyünü bildirdi. Əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı mədəniyyət işçiləri adından təbrik edən nazir, Fondun mədəniyyət sahəsində həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğuladı, diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA