isa Qəmbər hamını Hadisəyə səs verməyə çağırdı

img

03-05-2009 [06:04]


?Müsavat Partiyası bu yaxınlarda Moskvada keçiriləcək "Eurovision" yarışmasına diqqətlə yanaşmalıdır. Bütün Azərbaycan Türkiyə nümayəndəsinin çıxışına yaxşı səs verməlidir ki, Azərbaycandan mahnı müsabiqəsinə 12 bal getsin. Türkiyədəki qardaşlarımızdan da Azərbaycanın nümayəndəsinə 12 bal gözləyirik". Bu fikirləri Müsavat Partiyası başqanı İsa Qəmbər dünən partiya Məclisinin toplantısında söyləyib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə vətəndaşları çox həssas və emosional insanlar olduğu üçün qarşıdakı musiqi yarışmasına xırda məsələ kimi yanaşmaq olmaz: ?Türkiyə bizim Quzey Kıprısı tanımamağımıza dözə bilər, ancaq türk xalqı Türkiyənin nümayəndəsinə 12 bal verməməyimizdən çox ciddi şəkildə inciyə bilər. Azərbaycan xalqı da bəlkə də Türkiyə-Ermənistan sərhədlərindən daha artıq dərəcədə Türkiyə xalqının Azərbaycan nümayəndəsinə səs verməməsindən ciddi şəkildə inciyə bilər. Bu psixoloji məqamı nəzərə almaq lazımdır. Mən inanıram ki, mahnı festivalı keçirilən günlərdə Azərbaycandan Türkiyə nümayəndəsinə, Türkiyədən də Azərbaycan nümayəndəsinə tam dəstək veriləcək?. Xatırladaq ki, ?Eurovision? yarışmasında Azərbaycanı Aysel Teymurzadə və əslən Güney Azərbaycan türkü olan Arəş, Türkiyəni isə müğənni Hadisə təmsil edəcəklər. [b]musavat.com[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA