Ruhəngiz Musəvi klassik bəstələrə üstünlük verir

img

14-05-2009 [05:05]


Əməkdar artisti Ruhəngiz Musəvi retro və popuri mahnılar üzərində işləyir. Yaradıcılığı barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən müğənninin sözlərinə görə, dövlət tərəfindən qiymətləndirilməməsi onu qətiyyən ruhdan salmır. Qeyd edək ki, müğənni heç bir bəstəkarla iş birliyi qurmayıb. Hazırda o, yaddan çıxmış, unudulmuş mahnılara müraciət edib: ?Onların arasında elələri var ki, bir və ya iki dəfə səslənib. Baxıram ki, indiki bəstəkarlar ancaq şou təqdim edirlər. O bunu təkrarlayır, bu da onu. Belələri ilə iş birliyi qumaqdansa, klassik bəstəkarların yaradıcılığından faydalanmaq daha önəmlidir. Həm belə mahnılara yenidən həyat verirəm, həm də repertuarım zənginləşir. Bir sıra mahnılar da var ki, onları popuri halında oxuyacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA