ilyas ismayılov oğlunun izi ilə bağlı məhkəmədən ədalətli qərar gözləmir

img

01-05-2009 [07:51]


[b]"Yalnız onu deyə bilərəm ki, oğlumun heç bir cinayəti yoxdur, ola da bilməz. Əgər mənim oğlum cinayət etmiş olsaydı, xəcalətimdən camaat içinə çıxmazdım".[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ədalət Partiyasının sədri, Millət vəkili İlyas İsmayıloa Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi ilə bağlı açıqlama verərkən deyib. İ.İsmayılovun sözlərinə görə, Çelyabnski məhkəməsi və istintaq orqanları oğlunun işinə ədalətlə baxmır: "Biz çox böyük haqsızlıqla üzləşmişik. Bizim də çalışdığımız ondan ibarətdir ki, qanun gözlnilsin. Xahişimiz bircə o idi ki, istintaq Çelyabnskidə getməsin. Çünki yerli çinovniklər pulu yeyiblər. Nə qədər yazdıq, əhəmiyyət vermədilər. Keçən ilin avqust ayından məhkəmə baxışı gedir. Bir də görürsən ki, üç həftə dörd həftə fasilə elan etdilər. Dedilər ki, hakimlər oxumağa gedirlər. Əvvəllər ittiham olunan tərəfin heç bir vəsatətini təmin etmirdilər. Son vaxtlar yeni epizod çıxıb. Həmin işdə olan Ukrayna vətəndaşı bəyanat verdi ki, pulu mən yemişəm, həmin korporasiyanın rəhbəri, bir də qubernatorun birinci müavini yemişik, bunları niyə tutmusunuz. Mənim oğlumun da heç bir yerdə imzası yoxdur. Həmin korporasiyanın sədrini heç həbs etməyiblər". Oğlunun işi ilə bağlı məhkəmədən ədalətli qərar gözləmədiklərini deyən İ.İsmayılov sonda "Onsuz da ona məhkəmədə iş verəcəklər, xünki haqsızlıqdır. Gözləyirik ki, məhkəmə qərarını versin, ordan yuxarılara şikayət verək, Avropa Məhkəməsinə qədər gedək"- deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA