ilham ismayıl ölkəni tərk edib

img

01-05-2009 [02:41]


Müsavat Partiyasının keçmiş Divan üzvü, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl ABŞ-a gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İ.İsmayılın ailə üzvlərindən biri məlumat verib. Aldığımız məlumata görə, İ.İsmayıl ABŞ-a müvvəqəti yaşamaq və işləmək üçün gedib. Onun bu addımı Azərbaycanda normal işləmək imkanının olmadığı ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, təhlükəsizlik orqanlarından istefa verəndən sonra İ.İsmayıl uzun müddət Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. Partiya sıralarında istefa verəndən sonra isə Təhlükəsizlik Araşdırmaları Mərkəzini yaratsa da, son gnlərə kimi heç yerdə işləməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA