Mətanət isgəndərli klib çəkilizlərini artırır

img

30-04-2009 [04:36]


Müğənni Mətanət İsgəndərli ?Azərbaycan? adlı mahnıya klip çəkdirir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə müğənninin bacısı Təranə İsgəndərova verib. T.İsgəndərovanın sözlərinə görə, Mətanət xanım təkcə ?Azərbaycan? mahnısı ilə kifayətlənməyəcək. O, həmçinin repertuarında olan ?Qəmli günlər? mahnısına da klip çəkdirmək fikrindədir: ?Mətanət İsgəndərli ?Azərbaycan? adlı mahnının çəkliş işlərini başa çatıdırıb, daha bir mahnıya klip ekranlaşdırmaq istəyir. Onun ?Qəmli günlər?i tamaşaçılar tərəfindən çox bəyənilib. Bir tərəfdən isə mahnının klip versiyasını görmək istəyənlər çox idi. Odur ki, müğənni tamaşaçılarının istəyini nəzərə alaraq bu addımı atdı. Artıq ?Qəmli günlər?in də süjeti hazırdır. Yaxın günlərdə klipin çəklişlərinə başlanılacaq?. Qeyd edək ki, Mətanət İsgəndərli səhnəyə gələn vaxtlarda məşhur aparıcı Ələddin Abbasovla bir işləyirdi. Nədənsə son vaxtlar aparıcının müğənni ilə işbirliyi nəzərə çarpmır. Bu məsələyə də aydınlıq gətirən Təranə xanım bunun işlə bağlı olduğunu vurğuladı: ?Mətanət hazırda Ələddinlə işləmir. İş prosesidir, hərdən alınmır. Bir də ki, Mətanət təkcə Ələddinlə işləməyib. O, Asif müəllimlə də işləyib. Məncə, burda qəbahət yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA