?Xəzər? qəzeti bu gündən fəaliyyətini dayandırdı

img

29-04-2009 [08:07]


Maliyyə problemləri ilə əlaqədar olaraq aprel ayının 1-dən etibarən işıq üzü görməyən həftəlik ?Xəzər? qəzetinin fəaliyyətinə bu gün rəsmi şəkildə son qoyulub. Yaradıcı kollektiv şəxsi əşyalarını götürdükdən sonra redaksiyanın qapısı qıfıllanıb. Müxbirlərdən biri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında qəzetin bağlanmasının onlar üçün gözlənilməz olduğunu deyib. Onun sözlərinə görə, yaxın günlərə kimi qəzetin internet versiyasının hazırlanması barədə ideya gündəmdə olub. Hətta bu istiqamətdə müəyyən müzakirələr aparılaraq, bir sıra maraqlı proyektlər də müəyyənləşdirilib: ?Bu gün isə qəzetin rəhbərliyi əşyalarımızı yığışdırmaq üçün bizə müraciət edəndə, sanki şoka düşdük?. Xatırladaq ki, ?Xəzər? qəzeti 2005-ci ilin may ayında fəaliyyətə başlayıb. Qəzet 2007-ci ilin yanvarına kimi gündəlik, həmin tarixdən sonra isə həftədə bir dəfə işıq üzü görüb. Qəzetin baş redaktoru BBC-nin Azərbaycan redaksiyasının sabiq rəhbəri İslam Atakişiyev olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR