iftixar Piriyev Heydər Əliyevin obrazını canlandıracaq

img

29-04-2009 [05:27]


İrəvan Dövlət Azərbaycan Dram Teatrı təqdimata hazırlaşır. Teatrın təqdim edəcəyi əsər ?Xilaskar? adlanır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru İftixar Piriyev verib. Qeyd edək ki, Aqşin Babayevin ?Xilaskar?ı rejissor Oruc Qurbanovun quruluşunda baş tutub. Rejissor, həm də tamaşının tərtibatçısıdır. Tamaşada bəstəkar Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin musiqilərindən istifadə ediləcək: ?Aqşin Babayevin ?Xilaskar? əsəri mərhum prezident Heydər Əliyevin 1990-cı il fəaliyyətini özündə əks etdirir. O dövrdə ölkəmizdə baş verən mürəkkəb vəziyyət və bu vəziyyətdən çıxış yollarında Ulu öndərin xüsusi xidmətləri və gördüyü işlər əks olunub?. Direktor bildirib ki, ?Xilaskar? tamaşasında baş rolu, yəni Heydər Əliyevin obrazını özü oynayacaq. Tamaşada həmçinin, Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamella Abdullayeva, Vaqif Kərimov, Elnarə Heydərova , Məhərrəm Musayev və başqları da rol alıblar. Direktor onu da deyib ki, bu əsərin səhnələşdirilməsi Binəqədi rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA