QHT-lərə Dəstək Şurası heç bir təzkilatın zikayəti təmin etmədi

img

28-04-2009 [08:26]


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən verilən məlumata görə, iclasda narazı QHT-lərin şikayətləri araşdırılıb. Şura üzvləri Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Apelyasiya Komissiyası Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan sonuncu 12 QHT-nin şikayət ərizəsini araşdırıb. Komissiya Qadın Problemlərinin Tədqiqat Birliyi, Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi, Özəl Stomatoloji Fəaliyyətlə Məşğul Olanların Assosiasiyası, Demokratik Jurnalistlər Liqası, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi, Azərbaycan Diabet Cəmiyyəti, Qan Donorları Assosiasiyası, Sağlam Həyat Mədəniyyəti İctimai Birliyi, ?Yardım və İnkişaf Assosiasiyası? Beynəlxalq Humanitar İctimai Birliyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin apelyasiya şikayətlərinə baxıb. Müzakirələrdən sonra Komissiya hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edib. Komissiya adları çəkilən 12 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqda Şuranın əvvəlki qərarını qüvvədə saxladı. Apelyasiya komissiyası aprel ayının 17-də 8, aprel ayının 27-də 17 və aprel ayının 28-də 12 QHT-nin maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı verdikləri şikayəti araşdırıb və müvafiq qərarlar qəbul edib. Apelyasiya komissiyası öz işini yekunlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR