Müsavat deputat qrupunun üzvləri Daxili Izlər Nazirliyinə sorğu verəcək

img

28-04-2009 [08:17]


ANS telekanalının əməkdaşlarının Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı Müsavat deputat qrupu Daxili İşlər Nazirliyinə sorğu ilə müraciət edəcək. Bu barədə RATİ-yə millət vəkili Pənah Hüseyn məlumat verib. O, bildirib ki, Milli Məclisin bu gün (28 aprel) keçirilən iclasında bəyanat verən Müsavat deputat qrupu Daxili İşlər Nazirliyini bu məsələni ciddi araşdırıb Milli Məclisə və mətbuata məlumat verməyə çağırıb. Pənah Hüseyn onu da vurğulayıb ki, sözügedən hadisə ilə bağlı DİN rəhbərliyinə deputat sorğusu verilməsi də nəzərdə tutulub: ?Telekanal rəhbərliyi ilə əlaqə saxlayıb, hansı tədbirlər görüldüyünü öyrəndikdən sonra DİN-ə sorğu göndəriləcək.? Xatırladaq ki, aprelin 27-nə keçən gecə Bakının Yasamal rayonunda ?Məhəmməd Əleyhüssəlam? məscidinin sökülməsi ilə bağlı reportaj hazırlayarkən ANS kanalının əməkdaşları - Nicat Süleymanov, Elmin Muradov və Azər Balayev Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının fiziki zorakılığına məruz qalıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib